Bakıda "jiquli", "Prius" qatarla toqquşdu
16 aprel 2024 08:09 (UTC +04:00)

Bakıda "jiquli", "Prius" qatarla toqquşdu

Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Bildirilib ki, bu gün saat 00:28 radələrində ADY-yə məxsus yük qatarı Qala stansiyasında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 10-EK-522 olan “Jiquli” markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

Toqquşma nəticəsində avtomobilin sürücüsü və 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.

Digər bir hadisə isə saat 04:50 radələrində Əmircan stansiyasında baş verib. Dövlət qeydiyyat nişanı 77-DV-564 olan "Toyota Prius" markalı avtomobilin (taksi) sürücüsü idarəetməni itirərək Əmircan stansiyasında yerləşən qorunan dəmiryol keçidinin şlaqbaumunun dayağına dəyərək hasara çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır.

Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar.

# 1464
avatar

Oxşar yazılar

Qaradağda quyudan meyit tapıldı

Qaradağda quyudan meyit tapıldı

1 may 2024 , 14:59
Ağdamda AĞIR QƏZA:  ölən və xəsarət alanlar var

Ağdamda AĞIR QƏZA: ölən və xəsarət alanlar var

1 may 2024 , 14:37
Bu rayonda ƏMƏLİYYAT:  bıçaq satanlar tutuldu - VİDEO

Bu rayonda ƏMƏLİYYAT: bıçaq satanlar tutuldu - VİDEO

1 may 2024 , 13:16
Oğuzda qonşular arasında DAVA:   silaha əl atdı - FOTO

Oğuzda qonşular arasında DAVA: silaha əl atdı - FOTO

1 may 2024 , 13:05
Bakı sakini dayanacaqda  qarət olundu

Bakı sakini dayanacaqda qarət olundu

1 may 2024 , 12:54
BDU-nun tələbəsi qəzada öldü - YENİLƏNİB

BDU-nun tələbəsi qəzada öldü - YENİLƏNİB

1 may 2024 , 12:00
MTN-in tutduğu narkobaron  həbsdə öldü

MTN-in tutduğu narkobaron həbsdə öldü

1 may 2024 , 11:09
Bakıda bank kartını oğurlayıb pulları çıxartdılar

Bakıda bank kartını oğurlayıb pulları çıxartdılar

1 may 2024 , 10:58