Bakıda İran vətəndaşı piyadanı VURUB ÖLDÜRDÜ
16 aprel 2024 09:20 (UTC +04:00)

Bakıda İran vətəndaşı piyadanı VURUB ÖLDÜRDÜ

Bakıda İran vətəndaşı idarə etdiyi yük maşını ilə piyadanı vuraraq öldürüb.

Lent.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Karvansaray” Ticarət Mərkəzinin həyətində qeydə alınıb.

İran İslam Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü Afrooz Mansoor Aziz oğlu idarə etdiyi “DAF XF480FT” markalı yük avtomobili hərəkətdə olarkən avtomobilin sağ tərəfindən sol tərəfinə keçən piyada 1985-ci il təvəllüdlü Oruclu Sahib Alıxan oğlunu vurub.

Nəticədə Oruclu Sahib Alıxan oğlu hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.

# 1995
avatar

Fidan İlqar

Oxşar yazılar