Bakıda həbsxanada 5 məhkum niyə ölüb? - RƏSMİ AÇIQLAMA  - YENİLƏNİB
11 avqust 2022 20:37 (UTC +04:00)

Bakıda həbsxanada 5 məhkum niyə ölüb? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Bakıda məhkumların ölüm səbəbi məlum olub.

Penitensiar Xidmətdən Lent.az-a bildirilib ki, ayrı-ayrı vaxtlarda dünyasını dəyişən məhkumlar xərçəng və ürək-damar çatışmazlığından əziyyət çəkiblər.

Məhkumlar uzun müddət xəstəliklə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alıb. Ancaq aparılan tibbi yardımlara baxmayaraq adı çəkilən məhkumların həyatını xilas etmək mümkün olmayıb. 

***

Saat 16:52

Bakıda 5 məhbus həbsdə ölüb.

Lent.az-ın məlumatına görə, hadisə son günlər Pentensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb. 

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişlər - Arif Şəmilov, Bəhram Cəfərov, Sabbas Ağacanov, Gülağa İmamverdiyev və Aydın Qulamov dünyasını dəyişiblər. 

Onların xəstəlikdən öldüyü bildirilir.

# 9036
avatar

Fidan İlqar

Oxşar yazılar