Bakıda HAMAMDA OLAY:  masajçı qadını soydular
03 iyun 2024 14:04 (UTC +04:00)

Bakıda HAMAMDA OLAY: masajçı qadını soydular

Bakıda masajçı hamamda qarət edilib. 

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində yerləşən hamamda qeydə alınıb.

Orada masajçı işləyən Bakı şəhər sakini S.Nuriyevanın 2200 manat pulu oğurlanıb. 

Zərərçəkən bu barədə polisə məlumat verib. 

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan şikayət əsasında həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində masajçının pulunu oğurlayan hamamın digər masajçısı M. Rüstəmova olması müəyyən edilib və o saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4785
avatar

Oxşar yazılar