Bakıda FACİƏ:  Ər-arvad evdə ölü tapıldı - YENİLƏNİB
21 oktyabr 2024 16:00 (UTC +04:00)

Bakıda FACİƏ: Ər-arvad evdə ölü tapıldı - YENİLƏNİB

Sabunçu rayonunda iki nəfərin meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğunun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, oktyabrın 21-də Sabunçu rayonu ərazisində yerləşən evlərdən birində iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

***

saat 12:25

Bakıda faciəli hadisə baş verib.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Rayon ərazisində yerləşən evlərdən birində İlqar Mehdiyevin və həyat yoldaşı Failanın meyitləri tapılıb.

İlkin məlumata görə onlar dəm qazından boğulublar. 

Araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4854
avatar

Oxşar yazılar