Bakıda evdən çürümüş meyit tapıldı - YENİLƏNİB
21 sentyabr 2023 10:34 (UTC +04:00)

Bakıda evdən çürümüş meyit tapıldı - YENİLƏNİB

Bakıda mənzildən tapılan meyitin kimliyi məlum olub.

Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini 56 yaşlı Çikvaidze Aleksi Şengeliyeviçin meyiti yaşadığı evdə aşkar edilib. Meyit aşkarlanarkən üzərində zorakılıq əlamətləri olmasa da, çürümə müəyyən edilib.

Faktla bağlı araşdırılma aparılır.

***

Saat: 8:41

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

# 3264
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar