Bakıda evdən 10 min manatdan çox  PUL OĞURLANDI
15 iyul 2024 11:53 (UTC +04:00)

Bakıda evdən 10 min manatdan çox PUL OĞURLANDI

Axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.

Bu barədə polisə məlumat verən ev sahibi 10150 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlandığını bildirib.

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş və axtarışda olan Seyfulla Qafarov saxlanılıb. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1503
avatar

Fidan İlqar

Oxşar yazılar