Bakıda diqqətsizlik piyadanın ölümünə səbəb oldu-VİDEO
21 mart 2025 18:34 (UTC +04:00)

Bakıda diqqətsizlik piyadanın ölümünə səbəb oldu-VİDEO

Sürücünün nəzərdə tutulmayan yerdə sərnişini endirməsi, eləcədə avtomobilin sürətli şəkildə  idarə olunması sonda qəzaya səbəb olub.

Lent.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ölkədə qeydə alınan yol qəzalarına təkcə sürücülərin yox, piyadaların da diqqətsizliyi səbəb olur:
”Bəzən yaxınlıqdakı keçidlərdən istifadə etməyən, işıqforu gözləməyən piyadalar avtomobillərin sürətlə hərəkət etdiyi yola çıxırlar. Bu diqqətsizlik ya onların ölümü, ya da bir neçə avtomobilin toqquşması ilə nəticələnir. Yolu keçməyin onlar üçün tam təhlükəsiz olacağına əmin olduqdan sonra hərəkətə keçməlidirlər. Piyada hər zaman düşünməlidir ki, yaxınlaşan avtomobilin sahibi yol hərəkəti qaydalarına əməl etməyə bilər. Yəni piyada öz təhlükəsizliyini təmin etməlidir. Sutkanın qaranlıq vaxtında da piyada nəqliyyat vasitələrinin məsafəsini, sürətini qiymətləndirməlidir”.

Bakıda diqqətsizlik piyadanın ölümünə səbəb oldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1430

Oxşar yazılar