Bakıda maşınla kişinin üstündən keçib  öldürən TUTULDU - YENİLƏNİB
13 iyun 2025 17:27 (UTC +04:00)

Bakıda maşınla kişinin üstündən keçib öldürən TUTULDU - YENİLƏNİB

Bakıda kişinin üstündən keçib öldürən sürücü saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində piyadanı vuran “VAZ-2107” markalı avtomobilin sürücüsü 45 yaşlı Vüqar Nadirov saxlanılaraq istintaqa təqdim edilib.

Yol-nəqliyyat hadisəsi ilə bağlı Polis İdarəsində Cinayət işi başlanılıb, araşdırma aparılır.

***
09:50

Bakıda avtomobil yola uzanan şəxsin üstündən keçib.

Lent.az xəbər verir ki, dəhşətli hadisə Xəzər rayonu Türkan qəsəbəsi, Müslüm Maqomayev küçəsində qeydə alınıb.

Məlumata görə, 51 yaşlı İsmayılov Famil Əlihüseyn oğlu sərxoş halda yolun hərəkət hissəsində uzanıb. Nadirov Vüqar Fərrux oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobili ilə onun üstündən keçib Nəticədə kişi aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1839

Oxşar yazılar