Bakıda DƏHŞƏT : ana əvvəlcə körpələrini, sonra özünü binadan atdı
21 dekabr 2020 11:51 (UTC +04:00)

Bakıda DƏHŞƏT: ana əvvəlcə körpələrini, sonra özünü binadan atdı

Dekabrın 20-də gecə saat 23 radələrində paytaxtın Yasamal rayonu, Kənar Dairəvi küçəsi ev 28-də yaşayan 29 yaşlı Nigar Cəfərovanın yaşadığı binanın 4-cü mərtəbəsindən özünü yerə atması barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olub.

 

Yasamal rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək, digər zəruri prosessual hərəkətlərin həyata keçirilməsi təmin edilib.

 

İlkin araşdırmalarla müəyyən edilib ki, Nigar Cəfərova həmin gün gecə saat 23 radələrində azyaşlı övladları 3 yaşlı Hüseyn Cəfərov və 1 yaşlı Oktay Cəfərovu yaşadıqları binanın 4-cü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atıb, daha sonra isə özünü də həmin yerdən atıb.

 

Nigar Cəfərova və övladları hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılaraq həkimlərin müdaxiləsi nəticəsində sağ qalıblar.

 

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

İstintaq prosesində cinayətin motivi, o cümlədən əhəmiyyət kəsb edə biləcək digər hallar tam və hərtərəfli araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3309
avatar

Mehman Nəbiyev

Oxşar yazılar