Bakıda cərrah venasına iynə vuraraq özünü öldürüb - YENİLƏNİB
20 may 2022 17:25 (UTC +04:00)

Bakıda cərrah venasına iynə vuraraq özünü öldürüb - YENİLƏNİB

Bakıda cərrahın ölümü ilə bağlı qohumları münasibət bildirib.

Lent.az-a danışan mərhumun yaxınları Sahibə Zeynalovanın intihar etmədiklərini bildiriblər.

Onların sözlərinə görə, S.Zeynalova infarktdan dünyasını dəyişib.

Hazırda Nizami rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

***

11:11

Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının cərrahı Sahibə Zeynalovanın ölümü ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, 41 yaşlı S. Zeynalova yaşadığı evdə intihar edibmiş. O, venasına iynə vuraraq özünü öldürüb.

Hadisəni törədərkən cərrahın depressiv vəziyyətdə olduğu güman edilir. 

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

***

19 may, saat 17:25

Azərbaycan Tibb Universitetinin (ATU) gənc cərrahı vəfat edib. 

Lent.az xəbər verir ki, dünən ATU Onkologiya kafedrasının baş laborantı, mammoloq cərrah Zeynalova Sahibə Məhəmməd qızı qəfil dünyasını dəyişib. 

Həkimin ölüm səbəbi hələlik məlum deyil. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14676
avatar

Mehman Nəbiyev

Oxşar yazılar