Telman Cəfərov
29 oktyabr 2021 17:02 (UTC +04:00)

Telman Cəfərov

Bakıda Çernobıl əlili itkin düşdü

Suraxanı rayonuda yaşayan 54 yaşlıTelman Cəfərov itkin düşüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, onun qohumları Suraxanı rayon Polis İdarəsinə müraciət edərək bildiriblər ki, həmin şəxs evdən çıxaraq bir daha geri qayıtmayıb. Telman Cəfərov arıq bədən quruluşludur, boyu 162 santimetrdir. Evdən çıxan zaman əynində qara rəngli gödəkçə, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Suraxanı rayon Polis İdarəsinə (012) 452-02-02 və 050-433-49-47 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Telman Cəfərov 2-cı qrup Çernobıl əlilidir. O, yaşadığı yeri xatırlamaqda və fikirlərini izah etməkdə çətinlik çəkir.  

# 1815
avatar

Mehman Nəbiyev

Oxşar yazılar