Şəms Sultanova
01 iyun 2021 12:55 (UTC +04:00)

Şəms Sultanova

Bakıda bu da oldu: Gənc qız narkotik yetişdirirmiş - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində növbəti əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsində yaşayan vətəndaş Şəms Sultanovanın evinin həyətində satmaq məqsədi ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Polislər tərəfindən həmin ünvana baxış zamanı aqrotexniki qaydada kultivasiya edilmiş 475 ədəd təmiz çəkisi 3 kiloqram 415 qram olan çətənə kolu aşkar edilib. Şəms Sultanova ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində əkdiyini bildirib.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o, tutularaq istintaqa cəlb olunub. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

 

 

Bakıda narkotik yetişdirən qız saxlanıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2551

Oxşar yazılar

İrandan Azərbaycana PUA ilə narkotik  keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

29 iyul 2025 , 11:28
Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI:  birinin 8 yaşı var

Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI: birinin 8 yaşı var

29 iyul 2025 , 11:09
Şəkidə DƏHŞƏT:  56 yaşlı kişi qocaları bıçaqladı

Şəkidə DƏHŞƏT: 56 yaşlı kişi qocaları bıçaqladı

29 iyul 2025 , 10:55
Xaçmazda dənizdən meyit tapıldı  - YENİLƏNİB

Xaçmazda dənizdən meyit tapıldı - YENİLƏNİB

29 iyul 2025 , 09:01
Ağstafada yeniyetməni bıçaqladılar

Ağstafada yeniyetməni bıçaqladılar

29 iyul 2025 , 08:37
Zaqatalada məmurun evi yandı

Zaqatalada məmurun evi yandı

29 iyul 2025 , 08:27
Şəmkirdə iki nəfər  bıçaqlandı - YENİLƏNİB

Şəmkirdə iki nəfər bıçaqlandı - YENİLƏNİB

29 iyul 2025 , 08:24
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

29 iyul 2025 , 07:00