Bakıda betonqarışdıran maşın aşdı, prospekt bağlandı  - FOTO
07 noyabr 2022 03:30 (UTC +04:00)

Bakıda betonqarışdıran maşın aşdı, prospekt bağlandı - FOTO

Bakının Nərimanov rayonunda betonqarışdıran maşın aşıb.

Len.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, metronun “Koroğlu” stansiyasından şəhər mərkəzi istiqamətində hərəkətdə olan betonqarışdıran maşın yolayrıcı səddə çırpılıb.

Bu zaman sürücünün idarəetməsində olan “MAN” markalı yük maşını aşıb, yük yerində olan beton yola dağılıb.

Əraziyə yol polisi ilə yanaşı post patrul xidmətinin əməkdaşları da cəlb edilib.

Prospektin Mərkəz istiqamətində olan hissəsində hərəkət dayandırılıb.

Əraziyə kran gətirilib və yük maşını oradan götürülüb.

Yola dağılan beton Mənzil-Kommunal Təssərüfat Birliyinin əməkdaşları tərəfindən təmizlənib.

Hazırda yolun açılması istiqamətində tədbir görülür.

# 2937
avatar

Oxşar yazılar