Bakıda avtomobildən külli miqdarda pul oğurlandı
22 fevral 2024 14:15 (UTC +04:00)

Bakıda avtomobildən külli miqdarda pul oğurlandı

Bakıda yük avtomobilindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, fevralın 12-də Lökbatan qəsəbəsi ərazisində yük avtomobilindən içərisində sənədlər, 100 manat, 6400 ABŞ dolları, 350 Avro və 10000 lirə olan çanta qeyri-aşkar şəraitdə oğurlanıb. Bu barədə Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə məlumat daxil olub.
 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Mahir Ağayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 2364
avatar

Oxşar yazılar