Bakıda avtomobil qatara çırpıldı - YENİLƏNİB
21 oktyabr 2024 08:01 (UTC +04:00)

Bakıda avtomobil qatara çırpıldı - YENİLƏNİB

Daha bir sürücü diqqətsizliyi dəmiryol xəttində qəzaya səbəb oldu

Bu gün saat 02:30-da “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus elektrovoz Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan “Mercedes Vito” markalı mikroavtobus xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

Lent.az xəbər verir ki, ilkin məlumata əsasən, toqquşma nəticəsində avtomobilin sürücüsü və bir nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar və yaralılar xəstəxanaya yerləşdiriliblər.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır:
"Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar".

***

06:55

Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Sərxan Rüstəmov idarə etdiyi maşınla dəmiryol keçidindən keçərkən qatara çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin 1954-cü il təvəllüdlü Püstəxanım Məmmədova ağır xəsarət alıb.

Avtomobilin sürücüsü S. Rüstəmov hər iki ayaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Dəmiryol Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 876
avatar

Oxşar yazılar