Bakıda avtomobil qaçıran şəxslər saxlanılıb
09 avqust 2023 11:10 (UTC +04:00)

Bakıda avtomobil qaçıran şəxslər saxlanılıb

Nəqliyyat vasitəsini qaçıran şəxslər  saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə avqustun 7-də saat 23 radələrində Binə qəsəbəsi Atçılıq yaşayış sahəsində baş verib. Belə ki, yaşayış sahəsindən  “Mercedes” markalı bir avtomobil qaçırılıb. 

Xətai RPİ 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Əkbər Kərimov və sərnişini Vüqar Qəribov Nizami rayonu ərazisində avtomobillə saxlanılıblar.

Araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1511

Oxşar yazılar