Bakıda 93 nəfəri maşın vurub öldürüb
12 oktyabr 2021 09:44 (UTC +04:00)

Bakıda 93 nəfəri maşın vurub öldürüb

Bakıda yol qəzalarında ölən piyadaların sayı açıqlanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, 2021-ci ilin 9 ayı üzrə paytaxt ərazisində ümumi hadisələrin 57,1 faizi məhz piyada vurma hallarıdır.

DYP rəsmisi bildirib ki, paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır. Onun sözlərinə görə, piyada vurma halı üzrə 24 fakt bilavasitə məhz piyadanın yol hərəkəti qaydalarını pozduğuna görə baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966
avatar

Mehman Nəbiyev

Oxşar yazılar