Sadiq Həsənov
14 dekabr 2020 11:09 (UTC +04:00)

Sadiq Həsənov

Bakıda 7 evdən 200 min manatdan çox oğurluq - FOTOLENT

Bakının Nizami rayonunda evlərdən oğurluq edən şəxs saxlanılıb.
 
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nizami rayonu R.Rüstəmov küçəsi 4 ünvanında yaşayan Bakı şəhər sakini olan bir nəfər Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, evindən içərisində 25000 manat, 1200 dollar və dəqiq dəyərini bilmədiyi qızıl-zinət əşyalar olan seyf oğurlanıb.

Şöbə əməkdaşları dərhal hadisəni nəzarətə götürüb. Araşdırma zamanı məlum olub ki, 1-ci mərtəbədə yerləşən mənzilə naməlum şəxs dəmir barmaqlıqları sındıraraq pəncərədən daxil olub. Son bir neçə ayda Nizami rayonunda oxşar məzmunlu, yəni binaların birinci mərtəbələrində yerləşən daha 6 mənzildən oğurluqlar edilməsi polis əməkdaşlarında bu cinayətlərin eyni şəxsin və ya şəxslərin törətdiyi qənaəti yaradıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, bu hadisələri əvvəllər dəfələrlə məhkum olunmuş, Sabunçu rayon sakini Sadiq Həsənov törədib. 24-cü Polis Bölməsi əməkdaşlarının saxladığı S.Həsənov cinayətləri etiraf edib. Zərərçəkən şəxslər ifadələrində S.Həsənovun onların mənzillərindən ümumilikdə 38800 manat, 1200 dollar və 177000 manat dəyərində qızıl-zinət əşyaları oğurladıqlarını qeyd ediblər. Oğurlanan qızılların və pulların bir qismi saxlanılan şəxsin yaşadığı mənzildən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs barəsində 24-cü Polis Şöbəsində toplanan materiallar Nizami rayon Polis İdarəsinə göndərilib. S.Həsənov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 960
avatar

Mehman Nəbiyev

Oxşar yazılar