Bakıda 4400 manatlıq lotereya biletləri  oğurlandı
28 may 2024 12:57 (UTC +04:00)

Bakıda 4400 manatlıq lotereya biletləri oğurlandı

Bakının Nizami rayonunda avtomobillərdən birindən içərisində 4430 manat dəyərində lotereya biletləri, sənədlər, bank kartları və açarlar olan çanta oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bu barədə zərərçəkən Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat verib. Keçirilən tədbirlər zamanı hadisəni törətməkdə şübhəli bilinən 42 yaşlı Fərid Əliyev saxlanılıb. 

Araşdırmalar davam etdirilir. F.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2133
avatar

Oxşar yazılar