Bakıda 29 yaşlı usta faciəvi  şəkildə öldü
11 oktyabr 2021 11:02 (UTC +04:00)

Bakıda 29 yaşlı usta faciəvi şəkildə öldü

Bakıda ustanı elektrik cərəyanı vurub.

Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, oktyabrın 10-u saat 18 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən dəmirdüzəltmə sexində usta işləyən, 29 yaşlı Mahir Səmədzadənin iş yerində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə məlumat daxil olub.

Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3765
avatar

Mehman Nəbiyev

Oxşar yazılar