Bakıda 2 nəfər göl kənarına aparıldı və...
05 sentyabr 2023 04:25 (UTC +04:00)

Bakıda 2 nəfər göl kənarına aparıldı və...

Bakının Suraxanı rayonunda kütləvi dava baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü İsmayılov Namiq Mürvət oğlu və tanışı Vüsal adlı şəxs Binə qəsəbəsindən Qaraçuxur qəsəbəsindəki gölün kənarına aparılıb. N.İsmayılovun yaxınları bildirib ki, onu 7 nəfər döyüb. Yaralı xəstəxanaya gətirilib. Ona qapalı kəllə-beyin travması və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü o cümlədən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır. N.İsmayılovun yaxınlarından və onun özündən ilkin izahat alınıb.

Hazırda hadisənin dəqiq təfərrüatları araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3064

Oxşar yazılar