Bakıda itkin düşən  14 yaşlı qız tapıldı - YENİLƏNİB
12 avqust 2025 11:55 (UTC +04:00)

Bakıda itkin düşən 14 yaşlı qız tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən qız tapılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri axtarışlar nəticəsində 14 yaşlı yeniyetmə tapılaraq, ailəsinə təhvil verilib.

***
11:07

Bakıda yeniyetmə qız itkin düşüb.

Lent.az xəbər verir ki, Xətai rayonu Əhmədli küçəsində yaşayan 14 yaşlı A. Hüseynli evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun atası Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciətində bildirib.

Faktla bağlı həmin şöbədə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar