ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, avqustun 15-i, cümə günü, rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün “Rusiyaya gedir”.
Lent.az xarici mediaya istinadla bildirir ki, Tramp “Putinlə görüşməyi planlaşdırıram, cümə günü Rusiyaya gedəcəyəm”, - deyə jurnalistlərə bildirib. KİV-in qeyd etdiyinə görə, ABŞ prezidentinin bu ifadəsi çaşqınlıq yaradıb.
Bundan əvvəl bildirilmişdi ki, 15 avqustda Donald Tramp Vladimir Putinlə Alyaskada görüşəcək. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə deyib ki, Moskva liderlərin ikinci görüşünü Rusiya ərazisində keçirməyi təklif edib.