Bakıda 13 və 16 yaşlı bacılar zorla ərə verildi - RƏZALƏT
24 sentyabr 2022 18:45 (UTC +04:00)

Bakıda 13 və 16 yaşlı bacılar zorla ərə verildi - RƏZALƏT

Bakıda yeniyetmə bacılar cinsi təcavüzə məruz qalıb.

Bu barədə Lent.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, hadisələrdən biri ötən il qeydə alınıb:

“Ötən il iyunun 27-də Xəzər rayonu Binə qəsəbəsində 16 yaşı tamam olmayan qıza şadlıq saraylarının birində toy edilib. Qız deyib ki, o, ailəsinin təkidinə görə oğlan dostu ilə evlənib. Həmin oğlan da ona spirtli içki verib. Sonradan qız dəfələrlə oğlanın yanından qaçsa da, ailəsi tərəfindən geri qaytarılıb. Həmin qız dünən sığınacağımıza yerləşib. Digəri isə onun 13 yaşlı bacısıdır. Uşağın nənəsi iddia edir ki, qız qoşulub qaçıb. Ancaq qız bunu inkar edir. Deyir ki, məni buna məcbur ediblər. 13 yaşlı qız isə 2 həftə əvvəl sığınacağımıza gətirilib.”.

Kəmalə Ağazadənin sözlərinə görə, hər iki faktla bağlı cinayət işi başlanıb. Sədr bildirib ki, 13 yaşlı qızla bağlı Abşeron, bacısı ilə bağlı isə Xətai rayon Polis Şöbəsində araşdırma gedir.

# 7398
avatar

Oxşar yazılar