Bakı-Sumqayıt şosesində 3 avtomobil toqquşdu, “Jiquli”nin sürücüsü... -FOTO  -YENİLƏNİB
12 avqust 2022 01:10 (UTC +04:00)

Bakı-Sumqayıt şosesində 3 avtomobil toqquşdu, “Jiquli”nin sürücüsü... -FOTO -YENİLƏNİB

Bakı-Sumqayıt şosesinin  Binəqədi rayonunun ərazisinə düşən hissəsində yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər xəsarət alıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Ekologiya postunun yaxınlığında qeydə alınıb. “Chevrolet” markalı avtomobilin sürücüsü yüksək sürətlə Naib Əhmədovun idarə etdiyi “VAZ-2104” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində N.Əhmədov xəsarət alıb. Zərbənin təsirindən “VAZ-2104” eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində 3 avtomobilə ciddi ziyan dəyib. Əraziyə Yol-patrul xidmətinin əməkdaşları cəlb edilib. Sürücüyə tibbi yardım göstərilib.

Qəzaya görə Bakı-Sumqayıt şosesinin  Sumqayıt istiqamətində tıxac yaranıb. Hər 3 avtomobil ərazidən götürülüb. Yol-patrul xidmətinin əməkdaşları hərəkəti tənzimləyir. 
 

***

00.28

Bakı-Sumqayıt yolunda “Lada”, “Chevrolet Malibu” və “Toyot Land Cruiser” markalı avtomobillər toqquşub.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Ekologiya postuna yaxın ərazidə baş verib.
 

# 3429
avatar

Oxşar yazılar