Bakı-Qazax yolundakı qəza ölümlə nəticələndi
30 iyun 2021 17:57 (UTC +04:00)

Bakı-Qazax yolundakı qəza ölümlə nəticələndi

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla məlumat verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Alakol kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Ford” markalı sərnişin avtobusu ilə "VAZ-2107" markalı minik maşını toqquşub. Qəza zamanı 51 yaşlı Məmmədov Namiq Balakişi oğlu, 88 yaşlı Mirzəyev Təhmuraz Tofiq Oğlu və 31 yaşlı Məmmədli Məhəmməd Aslan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, 51 yaşlı Namiq Məmmədov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1497
avatar

Oxşar yazılar