Bakı metrosunda TÜSTÜLƏNMƏ:  Sərnişinlər...
05 iyul 2022 14:55 (UTC +04:00)

Bakı metrosunda TÜSTÜLƏNMƏ: Sərnişinlər...

Bakı metrosunda tüstülənmə olub. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Lent.az-a bildirib ki, "İçərişəhər-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında vaqonda olan sərnişinlərdən birinin elektron cihazı tüstülənib. Sərnişinlər qatardan dərhal düşürülüb. Qatar maşinisti və polis əməkdaşı vaqona baxış keçiriblər. Vaqonda hər hansı bir problem olmayıb. Tüstüləmə yüngül olduğundan baxış müddətində sovrulub və sərnişinlər həmin qatarla yola salınıblar. Nəticədə, 3 dəqiqəlik yubanma olub: "Bütün sərnişinlərdən rica edirik, metropolitenin xüsusiyyətləri nəzərə alınaraq, saz vəziyyətdə olmayan mobil cihazlardan istifadə etməsinlər və ümumən metropolitendə elektron cihazlardan istifadə edərkən ehtiyatlı davransınlar".

# 888
avatar

Mehman Nəbiyev

Oxşar yazılar