Bakı həbsxanasında narkobaron öldü
02 aprel 2024 16:00 (UTC +04:00)

Bakı həbsxanasında narkobaron öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum Firdovsi Cəfərov dünyasını dəyişib.   

Onun xəstəlikdən öldüyü bildirilir. 

Məlumata görə, F.Cəfərov narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilibmiş. Ondan satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

# 2718
avatar

Oxşar yazılar