Azərbaycanlıların sıx yaşadığı ərazidə  EYVAN UÇDU,   iki nəfər  ÖLDÜ  - FOTO  - YENİLƏNİB
26 iyun 2022 22:55 (UTC +04:00)

Azərbaycanlıların sıx yaşadığı ərazidə EYVAN UÇDU, iki nəfər ÖLDÜ - FOTO - YENİLƏNİB

Marneulidə beşmərtəbəli yaşayış binasının eyvanının uçması nəticəsində ağır xəsarət alan hamilə qadın dünyasını dəyişib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bununla da bədbəxt hadisə nəticəsində dünyasını dəyişənlərin sayı 2 olub.

Daha üç nəfərin xəsarət aldığı bildirilir ki, onlardan biri 8 yaşlı uşaqdır.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin tikintidə təhlükəsizliyin pozulmasını nəzərdə tutan maddəsi əsasında cinayət işi açılıb.

***

Saat 22:25

Gürcüstanda azərbaycanlıların kopmapkt yaşadığı Marneuli bələdiyyəsində bədbəxt hadisə baş verib.

Lent.az APA-nın Gürcüstan bürosuna istinadən xəbər verir ki, bələdiyyənin Nərimanov küçəsində yerləşən yaşayış binalarından birinin eyvanının 5-ci mərtəbəsi uçub.

Nəticədə 1 nəfər ölüb, daha bir neçə nəfərin isə yaralandığı bildirilir.

Hadisə yerinə çox sayda polis və təcili yardım cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

# 3429
avatar

Oxşar yazılar