Azərbaycanlıların maşınların əllərindən alındı, özləri həbs olundu  - VİDEO
01 may 2024 10:27 (UTC +04:00)

Azərbaycanlıların maşınların əllərindən alındı, özləri həbs olundu - VİDEO

Rusiyanın paytaxtı Moskvada bir qrup azərbaycanlı avtomobillərini yolun ortasında saxlayaraq rəqs ediblər.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Moskvanın Malaya Bronnaya yolunda qeydə alınıb. Məlumata görə, 8 azərbaycanlı gənc maşınların qapılarını açıb, yüksək səslə şərq musiqisini açıb rəqs etməyə başlayıb.

Polis müdaxiləsi ilə 5 azərbaycanlı saxlanılaraq, təcridxanaya aparılıb. Onların avtomobilləri də əllərindən alınıb. Bir avtomobil xüsusi dayanacağa yerləşdirilib, digər ikisi isə icarəyə verənə geri qaytarılıb.

“Müxtəlif yol hərəkəti qaydalarının pozulmasına görə 90 min rubldan çox cərimə ilə inzibati xətalar haqqında protokollar tərtib edildi. Gənclərin hər biri 15 gün müddətinə həbs edilib”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.

# 2493
avatar

Mehman Nəbiyev

Oxşar yazılar