Azərbaycanlı polis rəisi  rüşvətə görə tutuldu
09 noyabr 2023 15:00 (UTC +04:00)

Azərbaycanlı polis rəisi rüşvətə görə tutuldu

Dağıstan Daxili İşlər Nazirliyinin istintaq idarəsinin rəisi Rüfət İsmayılovun evində və iş otağında axtarış aparılıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, onun hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının səbəbi hələlik açıqlanmayıb. Lakin onun rüşvətxorluqda şübhəli bilindiyi deyilir.

Qeyd edək ki, teleqram kanallarında İsmayılovun müavini Dalqat Abdulqapurovla birlikdə Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən dindirilmək üçün Moskvaya aparıldığı barədə məlumat yayılıb.

Xatırladaq ki, İsmayılov Dərbənddə anadan olub və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Nijni Novqorod Akademiyasını bitirib. Daha sonra Dərbənd Şəhər Daxili İşlər Şöbəsinin istintaq işi üzrə rəis müavini vəzifəsində çalışıb. Rüfət İsmayılov 2019-cu il dekabrın 4-də nazir müavini vəzifəsinə təyin edilib və bir neçə ay bu vəzifədə çalışıb.

Məlumata görə, İsmayılov Dərbənd Azərbaycan diasporunun nüfuzlu simalarından olan hakim Hikmət İsmayılovun oğludur.

Rüfət İsmayılov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 76448

Oxşar yazılar

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü

11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06