Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı: 10 milyon dollar...   - FOTO
03 oktyabr 2022 14:26 (UTC +04:00)

Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı: 10 milyon dollar... - FOTO

Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.

Lent.az Musavat.com-a istinadla bildirir ki, danışıqların nəticəsi olaraq oliqarx-deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.

Xəbərə görə, deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmanın üzvləri olublar.

Qeyd edək ki, oliqarx-deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir. 

"Bakupost.az" yaydığı xəbərə görə isə oğurlanan şəxs Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovdur. 

Əhliman Əmiraslanov

Qeyd olunur ki, Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. Məlumatlı mənbə A. Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığını bildirib. 

Əhliman Əmiraslanovun köməkçisi Raqif Xəlilov Bakupost.az-a açıqlamasında yayılan məlumatların əsassız olduğunu bildirib:

"Əhliman müəllimlə əlaqə saxladım. Bildirdi ki, bu xəbərlərin heç bir əsası yoxdur, şayiədir. Heç də belə bir şey olmayıb".

# 5739
avatar

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11