Azərbaycanlı dənizçi Qazaxıstanda  intihar etdi
30 dekabr 2021 11:07 (UTC +04:00)

Azərbaycanlı dənizçi Qazaxıstanda intihar etdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid “Qarabağ” gəmisi-bərəsi dekabrın 28-i saat 19:20-də göyərtəsində 33 vaqon olmaqla Ələt limanından Qazaxıstanın Kurık limanına doğru yola düşüb.

Qurumdan Lent.az-a verilən məlumata görə, dekabrın 29-dan gəmi əlverişsiz hava şəraiti ilə əlaqədar Kurık limanına yan alması üçün reyddə lövbərdə dayanıb. Məlumata əsasən, 30 dekabr saat 8:45-də “Qarabağ” gəmisi reyddə lövbərdə dayanan vaxt 3-cü mexanik 40 yaşlı Zahir Əsgərəli oğlu Məstiyev özünü gəmidən atıb.

Gəmi heyəti dərhal suya xilasedici dairə atıb və qayıq suya salınıb. Buna baxmayaraq, dənizçi xilasedici dairəni tutmayıb.

Gəmi heyət üzvlərinin sözlərinə görə, Zahir Məstiyev səfər zamanı ailəsində problemlərin olduğunu bildirib. O, bununla əlaqədar əvəz olunması üçün müraciət edib. Müraciət əsasında gəminin Bakıya dönüşü zamanı onun əvəz olunması planlaşdırılırdı.

Hadisə ilə bağlı Qazaxıstanın və Azərbaycanın aidiyyəti qurumlarına dərhal məlumat verilib. Hazırda Zahir Məstiyevin axtarışı aparılır.

# 3087
avatar

Mehman Nəbiyev

Oxşar yazılar