Azərbaycanda YOL QIRĞINI:  Bir gündə 7 nəfər öldü
14 oktyabr 2021 17:51 (UTC +04:00)

Azərbaycanda YOL QIRĞINI: Bir gündə 7 nəfər öldü

Ötən gün Azərbaycanda yol qəzalarında ölənlərin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, ötən gün ərzində respublikanın avtomobil yollarında 3 ağır qəza baş verib:

“Baş verən 3 ağır qəza nəticəsində 7 nəfər ölüb, 26 nəfər yaralanıb. 5 nəfər Bakının Suraxanı rayonunda yük avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində həlak olub. Həmin qəzada 25 nəfər isə yaralanıb.

Digər qəzalar paytaxtın Binəqədi rayonu və Gədəbəy rayonu ərazisində qeydə alınıb. Saat 11 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Məmmədov idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarında dayanan Bərdə rayon sakini B.Mürsəlova məxsus “Opel” markalı avtomobilə vurub. Nəticədə C.Məmmədovun sərnişini Qurban İsmayılov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib. Saat 12 radələrində isə Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində rayon sakini Toğrul Əsədov idarə etdiyi “Mercedes” markalı avtomobili ağaca vurub aşırıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2889
avatar

Mehman Nəbiyev

Oxşar yazılar