Azərbaycanda XÜSUSİ ƏMƏLİYYAT: 53 nəfər  5 milyon manatlıq narkotiklə   tutuldu -  VİDEO
16 oktyabr 2023 11:37 (UTC +04:00)

Azərbaycanda XÜSUSİ ƏMƏLİYYAT: 53 nəfər 5 milyon manatlıq narkotiklə tutuldu - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları son 1 ayda qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə bu maddələrin satışını təşkil edən şəxslərə qarşı Bakı, və respublikanın digər bölgələrində silsilə əməliyyatlar zamanı 53 nəfər saxlayıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əməliyyatlar zamanı qanunsuz dövriyyədən “qara” bazarda dəyəri 5 milyon manat olan ümumilikdə 240 kiloqram, o cümlədən 91 kiloqram heroin, 78 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 40 kiloqram metamfetamin, 31 kiloqram tiryək, həşiş qətranı, kokain, eləcə də digər növdən olan narkotiklər, 4560 ədəd psixotrop tərkibli metadon, lirika, preqabalin həbləri, 162 ədəd kultivasiya yolu ilə yetişdirilən, habelə 4635 ədəd yabanı halda bitən çətənə kolu, 1 ədəd odlu silah, çoxlu sayda elektron tərəzilər və narkotiklərin onlayn satışı zamanı istifadə edilən bank kartları çıxarılıb.

Bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri - Arif Hümbətov, Fərid Baxışov, Mirəli Cəfərli və Mirməhərrəm Əzizli saxlanılıblar. Onlardan ümumilikdə 43  kiloqram narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçülərindən olublar.

Qeyd edilən dövrdə Baş İdarənin cənub bölgəsində keçirdiyi əməliyyatlar zamanı isə ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 5 nəfər – Elxas Əliyev, Zaur Salayev, Sabir Şəfiyev, Vüqar Süleymanov və Əhməd Ömərov da tutularaq istintaqa təqdim ediliblər. Onlardan isə ümumilikdə 63 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. 
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Sonda bir daha vətəndaşlara sosial şəbəkələrdən istifadə edən zaman ehtiyatlı olmağı, xaricdən idarə olunan, şirnikləndirici vədlər verərək narkokuryerlik təklif edən səhifələrdən uzaq durmağı və belə halla rastlaşdıqda dərhal polisə məlumat verməyi tövsiyə edirik. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5246

Oxşar yazılar

Qubada AĞIR QƏZA : ölən və yaralananlar var

Qubada AĞIR QƏZA: ölən və yaralananlar var

22 iyun 2025 , 21:18
Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

22 iyun 2025 , 19:35
Lənkəranda yük və minik avtomobilləri toqquşdu

Lənkəranda yük və minik avtomobilləri toqquşdu

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu

Qəza kilometrlərlə tıxaca səbəb oldu

22 iyun 2025 , 00:35