Azərbaycanda xəstəxanada  FACİƏ:  2 yaşlı qız...
03 iyun 2021 16:01 (UTC +04:00)

Azərbaycanda xəstəxanada FACİƏ: 2 yaşlı qız...

İyunun 1-də saat 13 radələrində 2 yaşlı Fatimə Abbasovanın Qazax Müalicə Diaqnostika Mərkəzində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lent.az-a Qazax rayon Prokurluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları hadisə yerinə və meyitə tibbi ekspertin iştirakı ilə baxış keçirib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

İlkin araşdırmalarla müəyyən edilib ki, azyaşlı Fatimə Abbasova mərkəzdə cərrahiyə əməliyyatı olunması üçün anesteziya ilə bağlı intubasiya tədbirləri görülən zaman ölüb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2694
avatar

Mehman Nəbiyev

Oxşar yazılar