Azərbaycanda xərçəng xəstələrinin pulunu mənimsəyən haker ƏLƏ KEÇDİ
03 oktyabr 2022 17:17 (UTC +04:00)

Azərbaycanda xərçəng xəstələrinin pulunu mənimsəyən haker ƏLƏ KEÇDİ

Sosial şəbəkələrdə onkoloji xəstələrə və qazilərə yardım məqsədi ilə yerləşən bank kartlarına informasiya texnologiyalarının imkanlarından istifadə etməklə müdaxilə edən və hesablardakı pulları ələ keçirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən şəxslərə, həmçinin qazilərə yardım məqsədi ilə yerləşdirilən elanlarda göstərilən bank kartlarına müdaxilə olunduğu və hesablarda olan pulların informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə ələ keçirildiyi barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər daxil olub. 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar və həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən əməli törədən Elçin Quluzadə saxlanılaraq istintaqa cəlb edilib.

Müəyyən edilib ki, Elçin Quluzadə əvvəlcə maddi yardım üçün sosial şəbəkələrdə müxtəlif profillərdə paylaşılan bank kartlarının nömrələrini və həmin şəxslərin əlaqə vasitələrini götürüb. Daha sonra o, saxta mobil kabinetlər yaradaraq hesablarda olan pulları tanımadığı digər şəxslərin və özünün virtual kartlarına köçürərək nağdlaşdırıb və bu yolla zərərçəkənlərə külli miqdarda ziyan vurub. Saxlanılan şəxsin xeyli sayda vətəndaşın pul vəsaitlərini informasiya texnologiyalarından istifadə etməklə ələ keçirdiyi məlum olub. 

Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Elçin Quluzadə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

# 2280
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

Şamaxıda müəllim şagirdi döydü, araşdırma başladı

Şamaxıda müəllim şagirdi döydü, araşdırma başladı

2 dekabr 2022 , 12:07
Bakı-Sumqayıt yolundakı piyada keçidini kəsib oğurlamaq istədilər

Bakı-Sumqayıt yolundakı piyada keçidini kəsib oğurlamaq istədilər

2 dekabr 2022 , 11:59
Şuşaya yanacaq aparan maşın aşdı: ölən var

Şuşaya yanacaq aparan maşın aşdı: ölən var

2 dekabr 2022 , 11:15
Bakıda əcnəbi biznesmen işlətdiyi restoranda öldü

Bakıda əcnəbi biznesmen işlətdiyi restoranda öldü

2 dekabr 2022 , 09:11
Bu küçələrdə sıxlıq var - SİYAHI

Bu küçələrdə sıxlıq var - SİYAHI

2 dekabr 2022 , 08:35
İnşaatçılar prospektində gənc oğlanı maşın vurdu, vəziyyəti...

İnşaatçılar prospektində gənc oğlanı maşın vurdu, vəziyyəti...

2 dekabr 2022 , 08:33
23 yaşlı gənc özünə bıçaqla xəsarət yetirdi

23 yaşlı gənc özünə bıçaqla xəsarət yetirdi

2 dekabr 2022 , 08:00
Minik avtomobili evakuatora çırpıldı, xəsarət alan var -FOTO

Minik avtomobili evakuatora çırpıldı, xəsarət alan var -FOTO

2 dekabr 2022 , 02:49