Azərbaycanda ŞOK: olmayan uşağa görə  aliment kəsdilər
07 avqust 2024 17:21 (UTC +04:00)

Azərbaycanda ŞOK: olmayan uşağa görə aliment kəsdilər

Astara rayonunun Kakalos Ailə Sağlamlıq Mərkəzi və Lənkəran rayon Mamusta ASM-in vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı həmin Mərkəzlərin vəzifəli şəxsləri tərəfindən vətəndaş Könül Ağayevanın guya 2016-cı ildə uşaq dünyaya gətirməsinə dair rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, bunun əsasında sonuncunun mövcud olmayan həmin uşağa dair qanunsuz olaraq şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etməsi və qeyd olunan saxta sənədlərdən istifadə etməklə məhkəmə qətnaməsi əsasında xeyrinə aliment tutulmasına nail olmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin  313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2655
avatar

Oxşar yazılar

Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə öldü

Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə öldü

8 sentyabr 2024 , 11:29
Azərbaycanda zəlzələ oldu-YENİLƏNİB

Azərbaycanda zəlzələ oldu-YENİLƏNİB

8 sentyabr 2024 , 11:09
Göygöldə kafe yandı

Göygöldə kafe yandı

8 sentyabr 2024 , 10:31
Bakıda şadlıq evində yanğın oldu

Bakıda şadlıq evində yanğın oldu

8 sentyabr 2024 , 10:26
Beyləqanda AĞIR QƏZA:  25 yaşlı gənc öldü

Beyləqanda AĞIR QƏZA: 25 yaşlı gənc öldü

8 sentyabr 2024 , 01:48
Samuxda AĞIR QƏZA:  Ölənlər var -YENİLƏNİB-1

Samuxda AĞIR QƏZA: Ölənlər var -YENİLƏNİB-1

8 sentyabr 2024 , 00:04
Goranboyda "Qazel" və "Opel" TOQQUŞDU:  Xəsarət alanlar var-FOTO

Goranboyda "Qazel" və "Opel" TOQQUŞDU: Xəsarət alanlar var-FOTO

7 sentyabr 2024 , 23:37
Ucarda 16 yaşlı qız qaçırıldı

Ucarda 16 yaşlı qız qaçırıldı

7 sentyabr 2024 , 17:23