Polis hər yerdə bu kişini  axtarır - FOTO
16 oktyabr 2025 12:31 (UTC +04:00)

Polis hər yerdə bu kişini axtarır - FOTO

0

Sabirabadda kişi itkin düşüb.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən xəbərə görə, Sabirabad rayon sakini 66 yaşlı İbrahimov İmamverdi Şahbaz oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

İ.İbrahimovun boyu 172 sm, arıq bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi qəhvəyidir. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Sabirabad Rayon Polis Şöbəsinə (02123 5 52 03, 050 352 69 89) məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 790

Oxşar yazılar