Azərbaycanda orta məktəbdə RƏZALƏT:  müəllimin qızına seksual hərəkətlər etdilər - YENİLƏNİB
30 dekabr 2022 10:45 (UTC +04:00)

Azərbaycanda orta məktəbdə RƏZALƏT: müəllimin qızına seksual hərəkətlər etdilər - YENİLƏNİB

Sabirabadda orta məktəbdə baş verən rəzalətlə bağlı ekspertiza təyin edilib. 

Bu barədə Lent.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov məlumat verib:

"Azyaşlının valideyni övladına qarşı seksual xarakterli hərəkətlər edilməsi ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinə rəsmi qaydada müraciət edib. Daxil olan müraciətlə bağlı dərhal araşdırmalara başlanılıb, tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin olunub. Hal-hazırda RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır. Təyin olunan ekspertizanın rəyindən və aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

***

saat 10:24

Elm və Təhsil Nazirliyi Sabirabadda məktəbdə 11 yaşlı qıza qarşı seksual hərəkətlər edilməsinə münasibət bildirib.

Məsələ ilə bağlı Mil-Muğan regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi Vilayət Əliyev Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 11 yaşlı qızın anası həmin məktəbdə müəllimə işləyirmiş:

"Hadisə Sabirabad rayonu 1 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə müəllimə işləyən qızın anası polisə müraciət edib. Müəllimə qızına qarşı seksual hərəkətlər edən 9-cu sinif şagirdi oğlanın məktəbdən çıxarılmasını tələb edir. Hadisənin təsdiqlənməsi üçün polis şöbəsinə müraciət edib. İddia olunan məsələ ilə bağlı həm polis idarəsində, həm də təhsil şöbəsində araşdırma aparılır".

O bildirib ki, iddialara baxmayaraq 9-cu sinifdə oxuyan oğlan belə bir hərəkət etmədiyini deyir:

"Oğlan amma deyir ki, belə bir hadisə olmayıb. Araşdırılır, fakt təsdiqini tapsa, müəllimənin tələbi elə oğlan başqa məktəbə keçiriləcək".

***

09:29

Sabirabadda orta məktəbdə qız şagirdə qarşı seksual hərəkətlər edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayon mərkəzində olan 1 saylı orta məktəbdə qeydə alınıb. Bu barədə rayon sakini olan qadın Polis Şöbəsinə müraciətində bildirib.

Onun sözlərinə görə, məktəbin arxasında 9-cu sinif şagirdi olan oğlan 11 yaşlı qızına qarşı seksual hərəkətlər edib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.

# 6516
avatar

Fidan İlqar

Oxşar yazılar

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00