Azərbaycanda fəhlə  FACİƏLİ   şəkildə öldü
29 iyun 2022 10:42 (UTC +04:00)

Azərbaycanda fəhlə FACİƏLİ şəkildə öldü

Ağdaşda gənc oğlan bədbəxt hadisənin qurbanı olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 28-i saat 14 radələrində  Ağdaş rayonu, Qolqəti kəndi ərazisində 29 yaşlı Elnur Osmanovun ölməsi barədə məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Elnur Osmanov fəhlə kimi işlədiyi həmin kənd ərazisində ağacların suvarılması üçün nəzərdə tutulan göldə təmizlik işləri apararkən işlək vəziyyətdə olan elektrik nasosunun təsirindən yaranmış elektrik cərəyanının onu vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

# 1440
avatar

Mehman Nəbiyev

Oxşar yazılar