Azərbaycanda 17 yaşlı qızın toyu  təxirə salındı - YENİLƏNİB
02 sentyabr 2024 17:51 (UTC +04:00)

Azərbaycanda 17 yaşlı qızın toyu təxirə salındı - YENİLƏNİB

İmişli rayonu, Məzrəli kəndində planlaşdırılan erkən nikahın qarşısı alınıb, yeniyetmənin təhsilinə davam etməsi üçün müvafiq tədbirlər görülməkdədir.

Lent.az bildirir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb.

"Bir daha qeyd edirik ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən evlilik hallarına cəhd olunarsa qarşısı qətiyyətlə alınacaq!", - o vurğulayıb.

***

17:09

İmişli rayonunda yeniyetmənin toyunun olması barədə sosial şəbəkədə yayılan məlumat polis tərəfindən araşdırılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı İmişli tayon Polis Şöbəsinin əməkdaşları zəruri bütün tədbirləri icra ediblər.

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966
avatar

Oxşar yazılar