Azərbaycana gəlmək üçün 275 min  ödədi
23 mart 2023 18:13 (UTC +04:00)

Azərbaycana gəlmək üçün 275 min ödədi

Rusiyanın Həştərxan vilayətindən Azərbaycana gəlmək istəyən kişi aeroportda çətinliklə üzləşib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, vilayətin Axtubinski rayon sakini olan azərbaycanlı azyaşlı uşaqları üçün aliment borcunu ödəməyib. Ona görə də, ondan borcun ödənməsi tələb olunub və rayon məhkəməsinin icraçıları hərəkətə keçiblər.

Kişinin bankda və ya kredit təşkilatında olan hesablarda saxlanılan vəsaitlərə girov qoyulması barədə qərar qəbul edilib. Həmçinin borcu ödəmədiyi üçün onun Rusiya Federasiyasından çıxmasına müvəqqəti məhdudiyyət qoyulub.

Vəsait borclunun hesablarından silindikdən sonra cüzi məbləğdə borc ödənilib. Amma məlum olub ki, həmin şəxs Azərbaycan Respublikası vətəndaşı olub və qadağaya görə vətəninə getmək imkanı olmayıb. Bu problemi həll etmək üçün o borcu tam ödəməyə qərar verib. Nəticədə həmin gün 275 min rubl (təxminən 6132 manat) məbləğində borc ödənilib.

Bundan sonra bütün məcburiyyət tədbirləri ləğv edilmiş və borclu öz öhdəliklərini tam yerinə yetirib. Daha sonra o, Rusiya Federasiyasından sərbəst şəkildə çıxa bilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5039

Oxşar yazılar

Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06
Şəkidə AĞIR QƏZA:   7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB

Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB

10 may 2025 , 20:16