Sabirabadda avtomobil qaz xəttinə çırpılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Nərimankənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kəskin dumanlı havada Qaratəpə kənd sakini, 63 yaşlı Həbibov Qəhrəman İsgəndər oğlu idarə etdiyi "VAZ" markalı avtomobili qaz xəttinə çırpıb. Sürücü hadisə yerində ölüb. Hazırda sürücünün avtomobildə sıxılmış meyitinin FHN Sabirabad YMX əməkdaşları tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarılması tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.

Avtomobil qaz xəttinə çırpıldı -Ölən var
Oxşar yazılar

Güzdəkdə boya zavodundakı yanğın məhdudlaşdırıldı - YENİLƏNİB
22 avqust 2025 , 13:39
Kartlardan pul oğurlayan 4 nəfər tutuldu
22 avqust 2025 , 13:33
Küçədə çılpaq gəzən reper saxlanıldı - VİDEO
22 avqust 2025 , 13:18
Federasiya prezidentinin oğlu binadan yıxılıb öldü
22 avqust 2025 , 12:10
Xaçmazda FACİƏ: 21 yaşlı qız binadan düşüb öldü
22 avqust 2025 , 10:52
Motosiklet dirəyə çırpıldı, ölən var
22 avqust 2025 , 10:37