Tuva Respublikasında 3 nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Çadan şəhərində fərdi evdə baş verib. Üç uşaqlı ailə fərdi evdə yaşayırmış. Səhər saatlarında zəhərlənmə əlamətləri olan üç nəfərin - valideynlərin və onların 15 yaşlı qızının meyiti tapılıb.
Digər iki uşaq - 11 yaşlı oğlan və bir yetkin qız xəstəxanaya yerləşdirilib. Onlara lazımi yardım göstərilib.
İstintaq orqanları prosessual yoxlama təşkil ediblər.