Astarada BMW qəzaya düşdü, bir ailənin üç üzvü yanaraq öldü-YENİLƏNİB
01 aprel 2024 22:06 (UTC +04:00)

Astarada BMW qəzaya düşdü, bir ailənin üç üzvü yanaraq öldü-YENİLƏNİB

Astarada baş verən qəzada üç nəfər ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Ərçivan qəsəbəsində baş verib.

Rayonun Şiyəkəran kənd sakini, 31 yaşlı Əliyev Elman Mirzəmməd oğlunun idarə etdiyi 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı BMW markalı avtomobil idarəetməni itirərək iri tonnajlı avtomobilə çırpılıb.

Nəqliyyat vasitəsi yol kənarında hərəkətsiz dayanan Rusiya vətəndaşı, 56 yaşlı Maqammədəmin Abdullaşə məxsus yük avtomobili ilə toqquşub.

Zərbənin təsirindən avtomobil alışaraq yanıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 22 yaşlı Əliyeva Fərqanə İlham qızı, onların 3 yaşlı uşaqı - Əliyeva Gülxanım Elman qızı avtomobildə yanaraq ölüblər.

Dərhal hadisə yerinə FHN-in Astara Rayon Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən avtomobili, canlı qüvvəsi və xilasetmə qurupunun iki briqadası cəlb olunub.

Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Saat 20:49

Astarada ağır yol qəzası olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında qeydə alınıb.

Hərəkətdə olan BMW markalı minik avtomobili iri tonnajlı DAF markalı yük avtomobilinin altına girib, ölənlər var.

BMW markalı minik avtomobilində ölənlər var.

Hazırda onlar yük avtomobilinin altından çıxarılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5187
avatar

Oxşar yazılar