Arvadını, iki qızını öldürüb intihar etdi
31 may 2021 12:21 (UTC +04:00)

Arvadını, iki qızını öldürüb intihar etdi

Moskva vilayətinin Şelkovo şəhərində ailə başçısı həyat yoldaşını və iki qızını öldürdükdən sonra intihar edib. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, ilkin məlumata görə, 42 yaşlı Tacikistan vətəndaşı Firuz Yerov 40 yaşlı arvadı Yuliya  ilə mübahisə edib. O, qadını, eləcə də 11 və 17 yaşlı qızlarını bıçaqlayaraq qətlə yetirib. Kişi bundan sonra özünü də öldürüb. 

Ailənin firavan yaşadığı, qızların evdə təhsil aldıqları bildirilir. Ataları bir telekommunikasiya şirkətində inkişaf  departamentinin rəhbəri vəzifəsində çalışırdı.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3201
avatar

Oxşar yazılar