Argentinanın qələbəsinə sevinən  ata oğlunu güllələdi
01 dekabr 2022 17:57 (UTC +04:00)

Argentinanın qələbəsinə sevinən ata oğlunu güllələdi

Argentinalı azarkeş milli komandanın dünya çempionatının oyununda Polşa üzərində qələbəsini qeyd edərkən oğlunu silahla yaralayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Argentinanın Santo-Tome şəhərində baş verib. Kişi komandanın qələbəsini qeyd edib və havaya atəş açmaq istəyib, lakin o, səkkiz yaşlı uşağı vurub. Oğlan bud nahiyəsindən yaralanıb və bu, ağır qan itkisinə səbəb olub. Zərərçəkmiş təcili olaraq xəstəxanaya çatdırılıb.

Ata yaralı uşağı tibb müəssisəsinə müşayiət edib, lakin oradan qaçıb. Polis onun axtarışlarını davam etdirir. Anası xəstəxanada oğlanla birlikdədir.

Noyabrın 30-da Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin üçüncü oyununda Argentina və Polşa milliləri üz-üzə gəlib. Görüş 2:0 hesabı ilə Latın Amerikası yığmasının xeyrinə başa çatıb. Hər iki komanda pley-offa yüksəlib.


 

# 1128
avatar

Oxşar yazılar

Balakən sakini külli miqdarda heroinlə tutuldu

Balakən sakini külli miqdarda heroinlə tutuldu

27 yanvar 2023 , 12:10
Cinayət yolu ilə 100 milyon manatdan çox ziyan vurulub

Cinayət yolu ilə 100 milyon manatdan çox ziyan vurulub

27 yanvar 2023 , 11:32
10 prokuror işdən çıxarılıb, 2-nə cinayət işi açılıb

10 prokuror işdən çıxarılıb, 2-nə cinayət işi açılıb

27 yanvar 2023 , 11:19
Korrupsiyaya yol verən 45 nəfər iş başında tutuldu

Korrupsiyaya yol verən 45 nəfər iş başında tutuldu

27 yanvar 2023 , 11:17
Bakıda axtarışda olan şəxs 10 minlik oğurluq  etdi

Bakıda axtarışda olan şəxs 10 minlik oğurluq etdi

27 yanvar 2023 , 11:02
Ötən il olan intiharlarla bağlı 46 cinayət işi başlanıb

Ötən il olan intiharlarla bağlı 46 cinayət işi başlanıb

27 yanvar 2023 , 10:47
Azərbaycanda korrupsiya cinayətləri çoxalıb

Azərbaycanda korrupsiya cinayətləri çoxalıb

27 yanvar 2023 , 10:37
Ötən il ölkədə 36 mindən çox cinayət hadisəsi olub

Ötən il ölkədə 36 mindən çox cinayət hadisəsi olub

27 yanvar 2023 , 10:32