Ana qızını döyüb xəstəxanalıq etdi
03 aprel 2024 11:15 (UTC +04:00)

Ana qızını döyüb xəstəxanalıq etdi

Rusiyanın Sankt-Peterburq şəhərində 10 yaşlı qız döyülərək Rauçfus xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Uşağın öz anası tərəfindən döyüldüyü iddia edilir.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, qızın vəziyyəti ağır kimi qiymətləndirilir. Məlumata görə, səhər saatlarında uşağın anası qarın ağrısından şikayət etdiyi üçün onu Kalininski rayon klinikasına gətirib. Həkim qızı müayinə edib və polisə müraciət edib.

Zərərçəkmiş qarnının əzilməsi, sıyrıqlar, qançırlar və dişləmələrlə xəstəxanaya çatdırılıb. Qız əməliyyat olunub.

Ana hüquq-mühafizə orqanlarına bildirib ki, qızı tualetə səhv gedib. Buna görə də qadın onu kəmərlə döyüb. Lakin uşağı müayinə edən həkimlər xəsarətlərin kəmər vurmağın fəsadlarına bənzəmədiyini bildiriblər. Üstəlik, müxtəlif vaxtlarda çoxlu qançırlar alınıb.

Polis hadisənin bütün şəraitini araşdırır.

# 2151
avatar

Oxşar yazılar